Dollar/TL həftəyə rekordla başladı

Dollar/TL həftəyə rekordla başladı

Dollar/TL məzənnəsi həftəyə yeni rekordla başlayıb.

Marja xəbər verir ki, məzənnə 18,4491 səviyyəsini görərk rekord səviyyəsini yeniləyib.

İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!

Keçən həftə FED-in faiz artırmasının təsiri və Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) 100 bəndlik faiz endirimi ilə dollar/TL məzənnəsi 2021-ci ilin dekabr ayında qeydə alınmış rekordunu yeniləmişdi.

Qlobal bazarlarda heç bir valyuta dollar qarşısında dayana bilmir. Funtdakı böyük itkilərin təsiri ilə Bloomberg Dollar İndeksi 1,1 faiz artaraq 1354,5 punkta yüksələrək rekord həddə çatıb.

Böyük Britaniyada yeni Baş nazir Liz Trassın aqressiv vergi endirimləri paketi funtun dollar qarşısında rekord aşağı səviyyələrə düşməsinə səbəb olub. Böyük Britaniyanın fiskal sabitliyinə şübhələr artıb və funt sterlinq 5%-ə qədər də dəyər itirərək 1,0384 dollara düşüb. Paketin inflyasiyanı daha da artıracağı gözlənilir.

Avro 0,7% ucuzlaşaraq son 22 ilin ən aşağı səviyyəsinə – 0,9550 dollaradək düşüb. Avro Bölgəsində iqtisadi tənəzzülün başlaması, enerji böhranı və Rusiya-Ukrayna müharibəsi ilə bağlı qorxular ortaq valyutanın zəifləməsinə səbəb olur.

Beynəlxalq Maliyyə İnstitutu (IIF) dollar/TL-nin ədalətli dəyərini də yeniləyib. IIF baş iqtisadçısı Robin Brooks, dollar/TL-də ədalətli dəyəri 16,50-dən 21-ə qaldırdıqlarını açıqlayıb. Brooks, epidemiyadan əvvəlki dövrdə bu dəyərin 5,50 olduğunu xatırladıb.

Həmçinin oxu Avro və funt sterlinq rekord aşağı səviyyələrə düşdü