Abituriyentlərin baş bəlası olan problem – DİM-dən çıxış yolu

Abituriyentlərin baş bəlası olan problem – DİM-dən çıxış yolu

Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən imtahanlarda uzun müddətdir iştirak etməyən şəxslərin qarşılaşdığı ən böyük problemlərdən biri də şəxsi səhifə parolunun itirilməsidir.

AzEdu.az DİM-ə istindən xəbər verir ki, bu zaman bir sıra prosedurlar həyata keçirməklə parolu yenidən bərpa etmək olar.

İlk olaraq şəxsi kabinet yaratdıqdan sonra onun parolunu unutmuş şəxslər http://ekabinet.dim.gov.az/ saytında “Parolu unutmuşam” linkinə daxil olub istifadəçi adını (Şəxsiyyət vəsiqəsinin FİN kodunu) və qeydiyyat zamanı daxil etdiyi e-mail ünvanını və ya təsdiq olunmuş telefon nömrəsini müvafiq sahələrə daxil edir. Bundan sonra sistem tərəfindən istifadəçiyə kod göndərilir. İstifadəçi həmin kodu müvafiq sahəyə daxil edib şəxsi kabinetə giriş üçün yeni parol təyin edir. Qeydiyyatdan keçən zaman e-mail ünvanı yazmayan və telefon nömrəsini təsdiq etməyən şəxslər isə DİM-ə və ya regional bölmələrimizdən birinə gəlib parolu əldə edə bilərlər.