Cem Karacanın FİLM KİMİ həyatı

Cem Karacanın FİLM KİMİ həyatı

Anadolu rok musiqisinin əfsanəvi ifaçısı Cem Karacanın həyatından bəhs edəcək film çəkiləcək.

Lent.az xəbər verir ki, usta sənətçinin həyatını ekran əsərinə çevirəcək ssenarist və rejissor Mert Dikmendir.

İfaçının həyatını və özünü canlandıracaq aktyor isə iddialara görə, Timuçin Esendir. Filmin yayım tarixi hələlik məlum olmasa da, çəkilişlərin başladığı deyilir.

Qeyd edək ki, son illər məşhur və mərhum sənətçilərin həyatının filmə çevrilməsi kifayət qədər populyarlaşıb. "Müslüm", "Bergen", "La vie en rose" və s. filmlər uğur qazanmış filmlər siyahısındadır.

Xatırladaq ki, film aktyoru, bəstəkar, müğənni Cem Karacanın "Tamirci çırağı", "Bu son olsun", "Islak ıslak", "Namus belası" və s. bu kimi ifaları olduqca məşhurdur.