Aİ: İnsanların hər yerdə olduğu kimi İranda da etiraz etmək hüququ var

Aİ: İnsanların hər yerdə olduğu kimi İranda da etiraz etmək hüququ var

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell İranda baş verən etirazlarla bağlı yazılı açıqlama verərək İrandan gələn etirazçılara qarşı zorakılığa son qoyulması və internetin açılmasına çağırıb. O, bildirib ki, hər yerdə olduğu kimi, İranda da insanların azad etiraz etmək hüququ var.

Editor.az xarici mediaya istinadən bildirir ki, Borrel açıqlamasında İranda qadın və kişilərin etiraz etmək kimi əsas hüquqlarından istifadə etdiklərinə diqqət çəkib:

“Görünür, İran təhlükəsizlik və polis qüvvələrinin nümayişlərə reaksiyası qeyri-mütənasibdir və nəticədə çoxlu yaralılar, həm də can itkisi var”. Eyni zamanda, Borell İranın müvafiq orqanlarının internetə girişi ciddi şəkildə məhdudlaşdırmaq və adi mesajlaşma platformalarını bloklamaq qərarının ifadə azadlığını açıq şəkildə pozduğunu vurğulayıb. Etirazçılara qarşı geniş güc tətbiqini ədalətsiz adlandırdığını və bunun Avropa İttifaqı üçün qəbuledilməz olduğunu bildirib.