Metronun “Koroğlu” stansiyasında sıxlıq yaranıb (VİDEO)

Metronun “Koroğlu” stansiyasında sıxlıq yaranıb (VİDEO)

Bakı metropolitenində səhər saatlarında sərnişin sıxlığı yaranıb.

Trend xəbər verir ki, sıxlıq əsasən metronun “Koroğlu” stansiyasında müşahidə olunub.

Sıxlıq metronun girişində daha çox qeydə alınıb. Girişdə əl yüklərinin yoxlanılması hərəkətdə fasilələr yaradıb. Bu səbəbdən sərnişinlərin axını ləngiyib, içəri daxil olmaq çətinləşib.