Neftin qiyməti daha da aşağı düşdü

Neftin qiyməti daha da aşağı düşdü

Mümkün resessiya və tələb perspektivləri ilə bağlı narahatlıqlar fonunda “Brent” markalı neftin bir barelinin qiyməti yanvarın 14-dən sonra ilk dəfə olaraq 85 dollardan aşağı düşüb.

Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 0,53 % ucuzlaşaraq 1 bareli 84,03 ABŞ dollarına satılıb.

İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!

WTI neftinin dekabr fyuçerslərinin qiyməti isə 0,48 % aşağı düşərək 1 bareli 78,36 ABŞ dolları təşkil edib.

Mümkün resessiya ilə bağlı narahatlıqlar ötən həftə bir sıra böyük mərkəzi bankların yüksək inflyasiya fonunda faiz dərəcələrini artırmağa davam etməsindən sonra güclənib. Eyni zamanda, ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) də uçot dərəcəsini artırıb. Ekspertlər tənzimləyicinin noyabrda uçot dərəcəsini yenidən artıracağını güman edirlər.