UNEC və türk dünyası universitetləri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

UNEC və türk dünyası universitetləri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov Türk Dünyası Universitetlər Birliyinin sədri Hoca Əhməd Yasəvi və Beynəlxalq Türk-Qazax Universitetinin Qəyyumlar Şurasının sədri professor Muhittin Şimşəklə görüşüb.

AzEdu.az xəbər verir ki, görüşdə Dövlət İqtisad Universiteti və türk dünyası universitetləri arasında əməkdaşlıq imkanları müzakirə edilib.