İrandakı aksiyalar Fransaya çatdı - Parisdə qarşıdurma

İrandakı aksiyalar Fransaya çatdı - Parisdə qarşıdurma

İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar Avropaya da çatıb. Belə ki, Fransanın paytaxtı Parisdə bir qrup şəxs iranlı qadınlara dəstək aksiyası keçirib.

Modern.az xəbər verir ki, etirazçılar Məhsa Əmininin ölümünə görə İran hökumətinə etiraz edərək, Tehran rəhbərliyinin qadınlara münasibətini pisləyib.

İranın ali dini lideri Ayətullah Əli Xamenei əleyhinə şüarlar səsləndirən nümayişçilər Fransa prezidenti Emmanuel Makronu konkret mövqe nümayiş etdirməyə çağırıblar.

Daha sonra İran səfirliyinə doğru yürüş edən etirazçılarla polis əməkdaşları arasında toqquşma olub. Hüquq müharizə orqanlarının əməkdaşları etirazları dağıtmağa çalışıblar.

Fransada İran hökumətinə qarşı nümayişlərin bu həftə ərzində davam edəcəyi gözlənilir.

Qeyd edək ki, sentyabrın 16-da Tehranda Məsiha Əmini adlı 22 yaşlı qızın baş örtüyünü düzgün örtmədiyinə görə əxlaq polisi tərəfindən zorakılığa məruz qalaraq ölməsi İranın 60-dan çox şəhərində kütləvi etirazlara səbəb olmuşdu.