İtaliyanın ilk qadın baş naziri – “Bizə dərs verməyə çalışma, Makron”

İtaliyanın ilk qadın baş naziri – “Bizə dərs verməyə çalışma, Makron”

Qeyri-rəsmi nəticələrə görə, İtaliyada keçirilən parlament seçkilərində Corciya Meloninin rəhbərlik etdiyi sağçı İtaliyanın Qardaşları Partiyası (FdI) qalib gəlib.

Teleqraf.com xəbər verir ki, Demokrat Partiyası məğlubiyyətini etiraf etdikdən sonra Meloni İtaliyanın ilk qadın baş naziri olub.

Meloninin 2018-ci ildə partiyasının toplantısında Fransa Prezidenti Emmanuel Makronu müstəmləkəçilikdə ittiham etdiyi çıxış yenidən gündəmə gəlib.

Meloni həmin çıxışında bunları demişdi:

“Fransa nüvə reaktorları üçün istifadə etdiyi uranın 30 faizini Nigerdən çıxarır. Bununla belə, Niger əhalisinin 90 faizi işıqsız yaşayır. Bizə dərs verməyə çalışma, Makron! Çünki sizin siyasətinizə görə afrikalılar öz qitələrini tərk etmək məcburiyyətində qalırlar. Həll yolu afrikalıların Avropaya miqrasiyası deyil, Afrikanın avropalılardan qurtuluşudur”.