Bank Respublika işçi axtarır – VAKANSİYA.

Bank Respublika işçi axtarır – VAKANSİYA.

Bank Respublika ASC Sədərək filialı üçün Kredit üzrə arxa ofis mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

Bank proqramında CIF (Customer Information File) hesab açmaq; Kredit, zəmanət, akkreditiv və kredit ödənişləri üzrə məlumatları düzgün şəkildə bank proqramına daxil etmək; Qanunvericilik, bankdaxili qaydalar və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilə, müqaviləyə əlavə və digər zəruri sənədləri tərtib edərək krediti rəsmiləşdirmək; Kredit qovluğu və onun elektron fotosurətini yaratmaq; Bankdaxili sənədləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələbləri və daxili qaydalara uyğun olaraq tərtib etmək və rəsmiləşdirmək.

Namizədə qarşı tələblər:

Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır); Azərbaycan dili əla (yazılı və şifahi); Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır; Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları; Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı; Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı; Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi; Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində Kredit üzrə arxa ofis mütəxəssisi (Sədərək) qeyd etməklə 07 oktyabr 2022-ci il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.