Van Qal Advakatın rekordunu təkrarladı

Van Qal Advakatın rekordunu təkrarladı

Niderland millisinin baş məşqçisi Lui van Qal yığmanın sabiq çalışdırıcısı Dik Advokatın rekordunu təkrarlayıb.

Qol.az xəbər verir ki, bu, onun komandasının ötən gecə Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda Belçikanı məğlub etməsi (1:0) nəticəsində qeydə alınıb. 71 yaşlı mütəxəssis Niderland millisi ilə 37-ci qələbəsini qazanıb. Beləliklə, o, 1992-1994, 2002-2004 və 2017-ci illərdə yığmanı çalışdıran Dik Advokatın rekordunu təkrarlayıb.

Qeyd edək ki, Van Qal 2021-ci ildən Niderland millisinə baş məşqçilik edir. O, 2000-2001, 2012-2014-cü illərdə də bu komandanı çalışdırıb.