Pakistanda hərbi helikopter qəzaya düşdü: Ölənlər var

Pakistanda hərbi helikopter qəzaya düşdü: Ölənlər var

Pakistanın Bəlucistan əyalətində hərbi helikopter qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, hadisə nəticəsində 2-si mayor olmaqla 6 şəxsi heyət həlak olub.

Pakistan ordusundan verilən açıqlamada helikopterin naməlum səbəbdən Bəlucistan əyalətinin Harnai bölgəsində qəzaya uğradığı bildirilib.

Qəzanın baş vermə səbəi araşdırılır.

Gülayə Mecid