Sibel Canın pərəstişkarı polisə verildi

Sibel Canın pərəstişkarı polisə verildi

Gizli fanatının tez-tez qapısına gəlib Sibel Cana hədiyyə vermək istəməsi ona baha başa gəlib.

Yenisabah.az xəbər verir ki, çoxsaylı təkidlərdən sonra müğənninin sürücüsü həmin şəxsdən polisə şikayət edib.

Polis bölməsinə çağrılan israrçı fanat ifaçıya geyim, şam və bayraq hədiyyə etmək istədiyini, məqsədinin heç də cinsi təcavüz olmadığını bildirib.

Polis bölməsinə çağırılan Sibel Can pərəstişkarından şikayətçi olmayıb.