Apple, iPhone 14-ü Hindistanda da istehsal edəcəyini açıqladı

Apple, iPhone 14-ü Hindistanda da istehsal edəcəyini açıqladı

"Apple Inc" şirkəti bazar ertəsi günü ən son iPhone 14-ü Hindistanda da istehsal edəcəyini açıqlayıb, çünki texnologiya nəhəngi istehsalının bir hissəsini Çindən köçürəcək. ABŞ və Çin arasında artan gərginlik iri şirkətləri Çindən istehsallarını köçürməyə məcbur edir.

Şirkət iPhone 14 modellərini bu ayın əvvəlindəki bir tədbirdə təqdim edib.

Marja.az xəbər verir ki, Apple açıqlamasında "Yeni iPhone 14 seriyası yeni texnologiyalar və mühüm təhlükəsizlik imkanlarını təqdim edir. Biz Hindistanda iPhone 14 istehsal etməkdən məmnunuq",- bildirib.

J.P. Morgan analitikləri Apple-ın 2022-ci ilin sonundan etibarən iPhone 14 istehsalının təxminən 5%-ni Çindən sonra dünyanın ikinci ən böyük smartfon bazarı olan Hindistana köçürəcəyini gözləyirlər.

Keçən həftə JPM analitikləri qeyd ediblər ki, Apple 2025-ci ilə qədər Hindistanda dörd iPhone-dan birini istehsal edə bilər.