13 yaşlı Emil yaşıdları kimi məktəbə getmək istəyir: Həyatda qala bilməsi üçün 25 min manat lazımdır - FOTO

13 yaşlı Emil yaşıdları kimi məktəbə getmək istəyir: Həyatda qala bilməsi üçün 25 min manat lazımdır - FOTO

13 yaşlı Fərzizadə Emil Rövşən oğlu kəskin leykozdan əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun atası Fərzizadə Rövşən məlumat verib.

O qeyd edib ki, övladı 2019-cü ildən bu amansız xəstəliklə mübarizə aparır:

“Oğluma təcili sümük iliyi nəql edilməlidir. Bunun üçün bizə 120 min dollar lazım idi. Biz bu pulun böyük bir hissəsini toplamışıq. Oğlumun yaşaması üçün cəmi 25 min manat pul çatmır. Emil vəziyyəti ilə əlaqədar məktəbə də gedə bilmir. Artıq o həddə çatıb ki, ağrılara dözə bilmir. Bütün günü ağlayır. Hazırda 7-ci sinifdə oxumalıdır, lakin o, təhsildən kənarda qalıb. İmkanı olan şəxslərdən bizə yardım etmələrini xahiş edirik”.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Emil Fərzizadənin ailə üzvü ilə əlaqə saxlanılıb:

“O, leykoz xəstəliyindən əziyyət çəkir. Vətəndaş hazırda TƏBİB-in tabeliyindəki Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə olunur. Pasiyentə gərəkli olan dərman vasitələri (kimyaterapiya daxil olmaqla) Agentlik tərəfindən təmin olunur. Lakin pasiyentin sümük iliyi transplantasiyası əməliyyatı üçün donor xarici ölkədən tapılıb. Ölkə daxilində xarici donorun iştirakı ilə sözügedən əməliyyat həyata keçirilmir. Xarici ölkədə aparılacaq əməliyyat xərclərini qarşılamaq üçün ailə pulyığma aksiyası keçirir”.

Ailə ilə əlaqə nömrəsi: +994 51 724 33 70 (atası)