Azərbaycan yığması Millətlər Liqasında ən yaxşılar sırasında

Azərbaycan yığması Millətlər Liqasında ən yaxşılar sırasında

Millətlər Liqasında ən çox top qazan yığma komandaların adları açıqlanıb.

Qol.az xəbər verir ki, Azərbaycan millisi də bu siyahıya düşməyi bacarıb. Komanda 6 görüşdə 248 dəfə top qazanıb. Millimiz bu göstəricidə 4-cüdür. Fransa (260) 1-ci, Avstriya (257) 2-ci, Danimarka (251) isə 3-cüdür. İlk "5-liy"i Moldova (245) qapayır.

Qeyd edək ki, Azərbaycan yığması ötən gün Bakıda qrup mərhələsinin sonuncu turunda Qazaxıstana 3 cavabsız qolla qalib gəlib.