"Neftin qiyməti yanvardan bəri ən aşağı səviyyəyə enib" - Reuters

"Neftin qiyməti yanvardan bəri ən aşağı səviyyəyə enib" - Reuters

Sentyabrın 26-na olan məlumata görə, dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir. Bu, gözlənilən yeni qlobal istisadi tənəzzüllər səbəbindən yanacağa tələbat qorxusu fonunda baş verir.

“Reuters” nəşrinin yaydığı məlumata görə, Brent markalı neftin noyabr fyuçersləri 0,63% ucuzlaşaraq 85,61 dollar olub. Eyni zamanda, West Texas Intermediate (WTI) xam neftinin noyabr fyuçersləri 0,61% ucuzlaşaraq 78,26 dollar olub. Bu, yanvar ayından bəri ən aşağı səviyyədir.

ABŞ da daxil olmaqla bir çox neft istehlakçı ölkələrinin mərkəzi bankları artan inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini yüksəltdilər ki, bu da öz növbəsində mümkün iqtisadi tənəzzül qorxusunu artırdı.

“Yüksək inflyasiyanın qarşısını almaq üçün əsas mərkəzi bankların qlobal monetar siyasətini sərtləşdirməsi və ABŞ dollarının 20 ildən artıq müddətdə ən yüksək həddə qədər möhtəşəm yüksəlişi iqtisadi artımın yavaşlaması qorxusunu çoxaldıb və bu, neft qiymətləri üçün əsas amil kimi çıxış edir”, - nəşr yazır ki, bunu Religare Broking-in Məhsul Tədqiqatları üzrə vitse-prezideni Suqandxa Saçdeva deyib.

WTI markalı neftin qiymətinin 75 dollara enəcəyi gözlənilir, Brentin bir bareli isə 80 dollar "təhlükəsizlik yastığı" sayılacaq.

"Reuters"in məlumatına görə, enerji treyderi Vitol-un baş icraçı direktoru Rassel Hardi, defisiti kompenasiya etmək üçün ABŞ-dan gündəlik 1 milyon bareldən çox neftin Avropaya göndəriləcəyini söyləyib. Həmçinin Kolumbiyanın dövlət enerji şirkəti "Ecopetrol"un rəhbəri Avropa bazarına neft tədarükünün artdığını açıqlayıb.
Tural Tağıyev