İtaliyada seçkilərin nəticələri AÇIQLANDI – Sağçılar iqtidara gəlir – FOTO

İtaliyada seçkilərin nəticələri AÇIQLANDI – Sağçılar iqtidara gəlir – FOTO

İtaliyada keçirilən parlament seçkilərində "İtaliya qardaşları", "Liqa" və "İrəli, Italiya" partiyalarının sağ mərkəzçi koalisiyası 44,53% səslə qalib gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya seçki komissiyasının funksiyalarını yerinə yetirən Daxili İşlər Nazirliyinin saytında yerləşdirilib.

Deputatlar Palatasına keçirilən seçkilərdə sağ mərkəzçilər 44,34% səs toplayıb.

İfrat sağçı “İtaliya qardaşları” partiyasının lideri Corc Meloni hökumət başçısı postuna namizəd kimi irəli sürüləcək. Bu halda o, ölkə tarixində ilk qadın baş nazir olacaq.

İtaliya Demokratik Partiyasının sədr müavini Debora Serrakkyani artıq seçkilərdə məğlub olduqlarını etiraf edib və demokratların müxalifətə keçdiyini bildirib.

Xəbər verildiyi kimi, ikinci yerdə sol-mərkəzçi koalisiya, üçüncü yerdə populist “Beş ulduz” Hərəkatı qərarlaşıb.

Bizim.Media