Rəşad Məcid vəzifəsindən İMTİNA ETDİ 

Rəşad Məcid vəzifəsindən İMTİNA ETDİ 

Xəbər verildiyi kimi Azərbaycan jurnalistlərinin VIII qurultayında Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib.

1992-ci ildə “525-ci qəzet”i təsis edən Rəşad Məcid 1995-ci ildən oranın baş redaktorudur. Yazıçı, jurnalist Rəşad Məcid həm də Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini və Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvüdür.

Mətbuat Şurasının sədri kimi jurnalistlərin peşə fəaliyyətində qanunvericiliyə, peşə prinsiplərinə əməl etməsinə, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqələrin tənzimlənməsinə, media vasitələrinin fəaliyyət sahələrində münaqişələrin həlli variantlarının araşdırılmasına məsul olan Rəşad Məcidin həm də digər vəzifə səlahiyyətlərinə cavabdehdir.

Maraqlıdır, Rəşad Məcid məsul olduğu bütün vəzifələrinin öhdəsindən gələ biləcəkmi? Yoxsa hansısa postundan imtina edəcək?

Ölkə.az xəbər verir ki, o, Bizim.Media-ya açıqlamasında əsas gücünü Mətbuat Şurasının fəaliyyətinə həsr edəcəyini qeyd edib:

“Mətbuat Şurasında işlərimiz çoxdur. Yazıçılar Birliyində yaxın günlərdə qurultay olacaq. Orada da baş verənlər Yazıçılar Birliyinin sədri və qurultay nümayəndələrinin qərarından asılıdır. Qəzet isə uzun illərin formalaşmış ənənəsidir. Yəqin ki, qəzetdəki işimin əsas hissəsini baş redaktorun birinci müavini Yusif Rzayev görəcək”, - deyə Rəşad Məcid əlavə edib.