Tanınmış futbolçu məşqçiliyə başlayır

Tanınmış futbolçu məşqçiliyə başlayır

Türkiyəli sabiq futbolçu Arda Turan məşqçilik karyerasına başlamağa hazırlaşır.

xəbər verir ki, 35 yaşlı ulduzun “Qalatasaray” komandasının məşqçilər heyətinə qatılacağı iddia olunur.

Bununla bağlı İstanbul klubunun baş məşqçisi Okan Buruk da açıqlama verərək, Ardanın gələcəyini istisna etməyib:

“Arda Turan bizim və Türkiyə futbolu üçün çox önəmli futbolçu olub. “Qalatasaray”ın da qapıları ona hər zaman açıqdır. Futbolda olub-olmayacağına Arda özü qərar verəcək. Lakin Arda Turanla məşqçilər heyətimizə daxil olması ilə bağlı görüşümüz olmayıb”.

Xatırladaq ki, “Qalatasaray”ın əfsanələri arasında yer alan Arda Turan sentyabr ayında kayerasını yekunlaşdırdığını açıqlayıb.

O, İspaniyanın “Atletiko Madrid” və “Barselona” klublarındakı uğurlu performansı ilə bütün dünyanın diqqətini çəkib.

Elmir