Dövlət orqanlarında vakant vəzifələr üzrə müsahibələrdə 400 nəfər uğur qazanıb

Dövlət orqanlarında vakant vəzifələr üzrə müsahibələrdə 400 nəfər uğur qazanıb

Əlli iki dövlət orqanında mövcud olan 282 vakant vəzifə üzrə (B növü) iyunun 13-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 4231 nəfər müraciət edib. Bu gün saat 10:40-dək olan məlumata görə, 400 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Müsabiqənin müsahibə mərhələsi oktyabrın 14-də başa çatacaq.