Şinzo Abenin dövlət dəfn mərasimi ilə əlaqədar Tokioda təhlükəsizlik tədbirləri gücləndirilib

Şinzo Abenin dövlət dəfn mərasimi ilə əlaqədar Tokioda təhlükəsizlik tədbirləri gücləndirilib

Yaponiyanın sabiq Baş naziri Şinzo Abenin sentyabrın 27-də keçiriləcək dövlət dəfn mərasimi ərəfəsində Tokioya gələn yüksək vəzifəli xarici nümayəndələrin mühafizəsi ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib.

AZƏRTAC xəbər verir ki, Tokionun mərkəzində yerləşən “Nippon Budokan” idman arenasında keçiriləcək mərasimin təhlükəsizliyini təmin edilməsinə 20 minədək polis əməkdaşı cəlb olunub.

İlkin məlumatlara görə, mərasimdə 4300 nəfərin iştirak edəcəyi gözlənilir. Onlardan təqribən 700-nün xaricdən gələn yüksək vəzifəli rəsmilər və Tokioda fəaliyyət göstərən səfirlər olacaq.

Yaponiyanın Baş naziri Fumio Kişidanın sentyabrın 26-dən 28-dək təqribən 30 ölkədən gəlmiş yüksək vəzifəli əcnəbilərlə görüşlər keçirəcəyi gözlənilir.

Sentyabrın 26-da Baş nazirin ABŞ-ın vitse-prezidenti Kamala Harris və Vyetnam Prezidenti Nquen Suan Fuk, sentyabrın 27-də Hindistanın Baş naziri Narendra Modi və Avstraliya hökumətinin başçısı Entoni Albaneze, sentyabrın 28-də isə Cənubi Koreyanın Prezidenti Han Dak Su və Kambocanın Baş naziri Hun Sen ilə görüşəcəyi bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio