Van Dammın azərbaycanlı gəlini: "Aktrisalıq çox çirkin və hörmətsiz sənətdir" - FOTO

Van Dammın azərbaycanlı gəlini: "Aktrisalıq çox çirkin və hörmətsiz sənətdir" - FOTO

Hollivud ulduzu Jan-Klod Van Dammın azərbaycanlı gəlini, pianoçu Suada Hacızadə yeni paylaşımı ilə gündəm olub.

BAKU.WS xəbər verir ki, sosial şəbəkə izləyicilərinin suallarını cavablandıran musiqiçi qalmaqala səbəb olacaq açıqlama verib.

Belə ki, Suada istifadəçilərinin ona ünvanladığı "Kinoda rol almaq istərdiniz?" sualına "Xeyr, aktrisalıq, ümumiyyətlə, məndən uzaq bir sənətdir. Bu industriya qadınlar üçün çox çirkin və hörmətsizdir, əsasən də xaricdə..." cavabını verib.

Suadanın bu reaksiyası izləyiciləri tərəfindən xoş qarşılanmayıb. Daha sonra istifadəçilərdən biri Suadaya "Kinoda rol almaq nə üçün çirkin və hörmətsizlikdir? Xanımlara?" sualı ilə müraciət edib.

Hacızadə yenə də təkidlə bu haqda fikirlərinin dəyişməz olduğunu bildirərək daha da geniş açıqlama verib:

"Çox seksist və həmçinin bizim dildə desək "əl-qol" atılan bir industriyadır. Qadına qarşı hörmət çox aşağıdır və qadının "zəif" olmağından istifadə edirlər. Populyar biri olmaq istəyirsinizsə, yolu çirkindir və bu bir qayda kimidir".

Xatırladaq ki, Suada Hacızadə hazırda Hollivud ulduzu Jan-Klod Van Dammın oğlu Kristofer Van Dammla evlidir.