Borrell: "Məhsa Əmininin öldürülməsi lazım gəldikdə araşdırılacaq"

Borrell: "Məhsa Əmininin öldürülməsi lazım gəldikdə araşdırılacaq"

“İran hakimiyyətinin Məhsi Əmininin ölümü ilə bağlı etirazlarını bildirmək üçün küçəyə çıxan etirazçılara qarşı genişmiqyaslı və qeyri-mütənasib güc tətbiqi Avropa İttifaqı və onun üzvü olan ölkələr üçün qəbuledilməz və əsassız hesab olunur”.

Yenisabah.az xəbər verir ki, bu barədə Aİ diplomatik strukturunun rəhbəri Jozep Borrell öz “Twitter” hesabında yazıb.

O vurğulanır ki, Məhsi Əmininin ölümündən sonra iranlı qadınlar və kişilər etiraz aksiyasına çıxanda, toplaşmaq və etiraz etmək kimi fundamental hüquqlarından istifadə ediblər:

“Bununla belə, təmkinli olmaq haqqında çağırışlara baxmayaraq, İran hakimiyyəti qeyri-mütənasib güc tətbiq edib və nəticədə insan tələfatı var”, - deyə əlavə edib.

Bəyanatda, həmçinin bildirilir ki, İran hakimiyyətinin fikir bildirmək hüququnu kobud şəkildə pozan internet və məlumat mübadiləsi platformaları məhdudlaşdırma qərarı narahatedicidir.

Borrel, həmçinin, qeyd edib ki, Aİ İran tərəfindən qurbanların və həbs olunanların sayını dəqiqləşdirməsini, zorakılıq olmadan etiraz aksiyası keçirdikləri üçün həbsdə olanların hamısının azad edilməsini gözləyir:

“Məhsa Əmininin öldürülməsi lazım gəldikdə araşdırılacaq və bütün günahkarlar cəzalarını alacaqlar”.