Azərbaycanda avro və ingilis funtu - KƏSKİN UCUZLAŞDI

Azərbaycanda avro və ingilis funtu - KƏSKİN UCUZLAŞDI

Dünyanın maliyyə bazarlarında baş verən proseslər – aparıcı valyutaların ABŞ dolları qarşısında ucuzlaşması özünü Azərbaycanda da göstərir.

Eləcə də bax: Funt sterlinq də dollara bərabər ola bilər – MƏZƏNNƏ KƏSKİN DÜŞDÜ

FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnələrdə aparıcı valyutalar manat qarşısında kəskin ucuzlaşıb.

Belə ki, 1 avro ötən həftənin sonunda – 23 sentyabrda 1,6703 manat olduğu halda, sentyabrın 26-da 1,6368 manata enib.

1 funt sterlinq isə ötən həftənin sonunda – 23 sentyabrda 1,9099 manat olduğu halda, sentyabrın 26-da 1,7924 manata enib.

Bu – 2016-c ildən bəri avro və funtun Azərbaycanda ən aşağı məzənnəsidir.

Britaniya və Avrozonadakı iqtisadi çətinlikləri nəzərə aldıqda, sözügedən valyutaların ABŞ dolları və maat qarşısında bir qədər də ucuzlaşacağı gözlənilir.