Rusiyada səfərbərliyə çağırılan şəxs hərbi komissarı güllələyib

Rusiyada səfərbərliyə çağırılan şəxs hərbi komissarı güllələyib

Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk rayonunda səfərbərliyə cəlb olunan şəxs hərbi komissarı güllələyib.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, regionun qubernatoru İqor Kobzev məlumatı təsdiqləyib.

O, Telegram kanalında bildirib ki, atışma nəticəsində yaralanan hərbi komissar reanimasiyaya yerləşdirilib, vəziyyəti kritikdir.

O, qubernatora atəş açan şəxsin saxlanıldığını əlavə edib.