Rusiyada atışma: Hərbi komissar güllələndi - VİDEO

Rusiyada atışma: Hərbi komissar güllələndi - VİDEO

İrkutsk vilayətinin Ust-İlimsk şəhərində İlimsk hərbi komissarlığında atışma olub. Hadisə nəticəsində çağırış komissiyasının rəisi yaralanıb.

İrkutsk vilayətinin qubernatoru İqor Kobzev bildirib ki, hərbi komissar Aleksandr Yeliseyevin son dərəcə ağır vəziyyətdə reanimasiyadadır. Həkimlər onun həyatı üçün mübarizə aparırlar.

“Baş verənlər ağlıma sığmır. Mən utanıram ki, bu, əksinə, həmrəy olmalı olduğumuz bir vaxtda baş verir. Biz bir-birimizlə yox, real təhlükələrə qarşı mübarizə aparmalıyıq”, - qubernator öz Telegram kanalında yazıb.

İrkutsk vilayətinin qubernatoru da təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə göstəriş verib və bölgə sakinlərini sakit olmağa çağırıb.Hüquq-mühafizə orqanlarındakı mənbə “Kommersant”a bildirib ki, atəş açan şəxs yerli sakindir. O, saxlanılıb. Hadisənin qurbanları və motivləri barədə rəsmi məlumat verilmir.

"Saxlanılan şəxs yerli sakin, işsiz 25 yaşlı Ruslan Zinindir", - mənbə bildirib. Faktla bağlı cinayət işi açıb.

Şahanə Rəhimli