Ebru Gündeş 28 yaşlı iş adamı ilə evlənir

Ebru Gündeş 28 yaşlı iş adamı ilə evlənir

Məşhur müğənni Ebru Gündeş iraqlı iş adamı Rassan Xoşnavla evlənir.

"Unikal" xəbər verir ki, iş adamı özündən 19 yaş böyük müğənniyə Dubayda dünyanın ilk yeddiulduzlu oteli olan "Burj Al Arab"ın ən üst qatında evlilik təklifi edib.

Gündeş Rassanın bu təklifinə "Hə" cavabı verib.

Məlumata görə, Xoşnav Ebruya "Khoshnaw" brendindən olan 1.8 milyonluq üzük hədiyyə edib.

Qeyd edək ki, Ebru daha əvvəl iş adamı Rza Zərrabla evli olub. Onların bir qız övladı var.