Misir beynəlxalq taxıl ticarəti mərkəzi yaratmaq istəyir

Misir beynəlxalq taxıl ticarəti mərkəzi yaratmaq istəyir

Operativ.tv Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Misir öz ölkəsində beynəlxalq taxıl ticarəti mərkəzi yaratmağı təklif edib. Bu barədə Misirin xarici işlər naziri Sameh Şükri BMT Baş Assambleyasının 77-ci sessiyasında təşəbbüslə çıxış edib.

“Misirin nadir coğrafi mövqeyi var. Ona görə də biz beynəlxalq ictimaiyyətlə əməkdaşlığa və taxılın saxlanması, tədarükü və ticarəti üçün beynəlxalq mərkəz yaratmağa hazırıq. Bu, kollektiv ərzaq təhlükəsizliyinə töhfə verəcək”, – deyə Şükri bildirib. Onun çıxışı BMT-nin saytında yayımlanıb.

Nazir hesab edir ki, pandemiya, üstəlik, Rusiya ilə Ukrayna arasındakı münaqişə “ən həssas dövlətlərin vəziyyətini” daha da ağırlaşdırıb. Onun fikrincə, dünya birliyi uzun illər ərzində ərzaq təhlükəsizliyinin təmin edilməsi proqramlarını reallaşdıra bilməyib. Sameh Şükri, böhranların aradan qaldırılması üçün kompleks strategiya tərəfdarı kimi çıxış edib.