Avropada qazın qiyməti 1 800 dollardan aşağı enib

Avropada qazın qiyməti 1 800 dollardan aşağı enib

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 800 ABŞ dollarından aşağı enib.

“APA-Economics” xəbər verir ki, 26 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 769,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 5,9% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.