İran rəsmisindən provokativ açıqlama

İran rəsmisindən provokativ açıqlama

Cənubi Qafqazda istənilən geosiyasi fitnə ilə qətiyyətli mübarizə aparmaq zəruridir.

İranın "SNN.ir" saytının xəbərinə görə, Cənubi Qafqazda guya regionun geosiyasətinin dəyişdirilməsi yönündə atılan addımların Tehranın təhlükəsizlik və iqtisadiyyat baxımından milli maraqlarına mütləq təsir edəcəyini deyən İran parlamentinin Araşdırma Mərkəzinin rəhbəri bildirib: "Səlahiyyətli qurumlar bu sahədə lazımi tədbirlər görməyə hazır olmalıdırlar".

Bakı ilə İrəvan arasında hərbi qarşıdurmanın yenidən baş verməsinə münasibət bildirən Babək Neqahdari iddia edib ki, böhranın aspektləri iki ölkə arasında gərginlik və sərhəd mübahisələrindən kənara çıxır və təkcə Cənubi Qafqazda deyil, həm də İran üçün strateji siyasi, təhlükəsizlik və iqtisadi təsirlərə malikdir. Deməli, bölgədəki gərginliyin mahiyyətini düzgün anlamaq üçün onun geosiyasi səviyyədə məqsəd və nəticələrinə xüsusi diqqət yetirilməlidir.

"NATO-nun öz təsir dairəsini Xəzər dənizi sahillərinə qədər genişləndirmək istəyi və sionist rejimin Qafqaza hərbi müdaxiləsi Qərbin və bəzi bölgəsəl aktyorların regionda geosiyasi dəyişikliyə nail olmaq üçün yeni təxribata əl atdıqlarına işarədir", - deyə o, hədyan dolu fikirlər səsləndirib.