“Mazda” Rusiyada avtomobil istehsalını dayandırır

“Mazda” Rusiyada avtomobil istehsalını dayandırır

“Mazda” avtomobil istehsalçısı Rusiyada avtomobil istehsalını dayandırmaq niyyətindədir.

“APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei” nəşri yazır.

Qeyd olunur ki, şirkət artıq Vladivostokda istehsalı dayandırıb və hazırda Rusiyada istehsal əməliyyatlarının tam dayandırılması imkanlarını araşdırır. Satışın və ya texniki xidmətin dayandırılması ilə bağlı qərar qəbul edilməyib.

“Mazda”nın Rusiyadakı fəaliyyətinin dayandırılmasına səbəb kimi Ukraynada müharibə başlayandan sonra tədarük zəncirində yaranan dayanmalar göstərilir. Xatırladaq ki, daha öncə “Mazda” öz məhsullarının Rusiya Federasiyasına tədarükünü dayandırmışdı.