Tender: Bu şirkətə 4 milyon ödəniləcək

Tender: Bu şirkətə 4 milyon ödəniləcək

Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi yolların əsaslı təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Yenicag.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Gəncə Körpü Tikinti-2” ASC-dir.

Qalib şirkətə 3,972 milyon manat ödəniləcək.