Qazaxıstan Ukraynanın ərazi bütövlüyünü dəstəklədi

Qazaxıstan Ukraynanın ərazi bütövlüyünü dəstəklədi

Qazaxıstan Donetsk və Luqansk xalq respublikalarının eləcə də Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına birləşdirilməsi ilə bağlı keçirilən referendumları dəstəkləmir.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi Aybek Smadiyarov deyib.

Diplomat vurğulayıb ki, Qazaxıstan bu məsələdə ölkələrin ərazi bütövlüyü, suveren bərabərliyi və dinc yanaşı yaşaması prinsiplərindən çıxış edir.

Xerson və Zaporojye vilayətlərində, həmçinin DXR və LPR-də sentyabrın 23-dən 27-dək Rusiyanın tərkibinə subyekt kimi qoşulmaq məsələsi ilə bağlı referendumlar keçirilir. Rusiya Federasiyasının Vətəndaş Palatasında səsverməyə ictimai nəzarət üzrə əlaqələndirmə şurasının sədr müavini Alena Bulqakova bildirib ki, səsvermə prosesinə 26 ölkədən 129 beynəlxalq müşahidəçi, o cümlədən referendumun tanınmadığını bəyan etmiş dövlətlərdən olan müşahidəçilər nəzarət edir.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, dünya heç vaxt bu əraziləri Rusiyanın bir hissəsi kimi tanımayacaq.

Gülayə Mecid