Türkiyəli müğənni konsertində Məhsa Əmininin xatirəsinə SAÇLARINI KƏSDİ - VİDEO

Türkiyəli müğənni konsertində Məhsa Əmininin xatirəsinə SAÇLARINI KƏSDİ - VİDEO

Türkiyəli müğənni Melek Mosso səhnədəki hərəkəti ilə təəccübləndirib.

Bizim.Media xəbər verir ki, “Harbiye Açık Hava Tiatrosu” məkanında konsert proqramı ilə çıxış edən sənətçi ifasından sonra əlinə qayçı alaraq saçlarını kəsib.

O, bu addımını İranda azadlığı uğrunda aparan qadınlara, xüsusi ilə polis tərəfindən döyülərək öldürülən Məhsa Əmini üçün atdığını bildirib. “Mahnılarımı oxuyuram, azadlığımızı heç kim əlimizdən ala bilməz”, - deyə Melek vurğulayıb.

Qeyd edək ki, Məhsa Əmini bir neçə gün öncə ölkənin “Əxlaq” polisi tərəfindən hicab bəhanəsi ilə vəhşicəsinə döyülərək qətlə yetirilib.

Rəşad Əliyev, Bizim.Media