Prezident-Ordu-Xalq birliyi sayəsində torpaqlarımız işğaldan azad edildi - Adil Əliyev

Prezident-Ordu-Xalq birliyi sayəsində torpaqlarımız işğaldan azad edildi - Adil Əliyev

"2020-ci il sentyabrın 27-də təcavüzkar Ermənistan Respublikasının Azərbaycanın o zaman işğal altında olan torpaqlarında bizə qarşı törətdiyi növbəti hərbi təxribatlara cavab olaraq Ordumuz əks-hücum əməliyyatlarına başladı". "Olaylar" xəbər verir ki, bunu millət vəkili, Milli Məclisin sədr müavini Adil Əliyev deyib. Bildrirb ki, nəticədə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, qəhrəman əsgərlərimizin fədakarlığı və şücaəti, Prezident-Ordu-Xalq birliyi sayəsində torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu və düşmənə "dəmir yumruq"la sarsılmaz zərbə endirildi: "Bununla da Azərbaycan tarixinin ən qəhrəman və ən fəxarətli səhifəsi yazıldı. Bizə qələbə bəxş edən şəhidlərimizin müqəddəs ruhunu böyük hörmət və ehtiramla anırıq, əziz xatirələri qəlbimizdə əbədi yaşayacaqdır. Allah qəhrəmanlarımıza rəhmət etsin, ailələrinə səbr versin".