Yaponiya Rusyadakı diplomatının saxlanılmasına ETİRAZ ETDİ

Yaponiya Rusyadakı diplomatının saxlanılmasına ETİRAZ ETDİ

Xəbər verdiyimiz ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Yaponiyanın Vladivostokdakı konsulu Motoki Tatsunorini casusluqda ittiham edərək saxlayıb.

"Unikal" xəbər verir ki, bundan sonra Yaponiya Motoki Tatsunorinin Rusiya FTX tərəfindən saxlanmasına etiraz edib.

Rusiyanın Tokiodakı səfiri Mixail Qaluzin FTX yapon diplomatı saxladıqdan və onu persona non qrata elan etdikdən sonra Yaponiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa Motokinin saxlanılmasına reaksiya verib. "Heç bir qeyri-qanuni fəaliyyətə” qarışmadığını müdafiə edən Hayaşi, Rusiyanın bu mövqeyini “Vyana Konvensiyasının açıq və ciddi şəkildə pozulması” kimi qiymətləndirib.

Xarici İşlər Nazirliyi Rusiya səfiri Qaluzinə hadisəyə kəskin etiraz edildiyini açıqlayıb. Digər tərəfdən, Rusiyadan rəsmi üzr istənildiyi bildirilib və bunun təkrarlanmasına qarşı tədbir görülməsi tələb olunub.

“(Yapon diplomatı) Motoki Tatsunori pul müqabilində Rusiyanın Asiya Sakit Okean ölkəsi ilə əməkdaşlığı və Qərbin sanksiya siyasətinin Primorsk bölgəsindəki iqtisadi vəziyyətə təsiri barədə məhdud məlumat verərkən saxlanılıb”, - FTX-nin bəyanatında qeyd olunub.

Rusiya tərəfinin hadisə ilə bağlı Yaponiyanın Moskvadakı səfirliyinə etiraz notası göndərdiyi bildirilən açıqlamada Motokinin "diplomatik statusundan kənar hərəkət etdiyi" səbəbi ilə "persona non qrata" elan edildiyi qeyd edilib.

Gülayə Mecid