"Araz" mövsümün startında "Alyans"ı darmadağın edib -İNTİQAM təqdim edir

"Araz" mövsümün startında "Alyans"ı darmadağın edib -İNTİQAM təqdim edir

Dünən futzal üzrə ölkə çempionatının Yüksək Liqasında 2022-2023-cü il mövsümünə start verilib. Turun açılış matçında son mövsümün pley-off mərhələsində iştirak etmiş komandalar qarşılaşıb."Baku Fire" "Neftçi İK"-lə qarşılaşıb. Hesab açılmayan bu görüş qolsuz bərabərliklə bitib. Günün və turun ikinci matçında "Araz-Naxçıvan" "Alyans"ı sınağa çəkib. Görüş Naxçıvan təmsilçisinin darmadağın hesablı qələbəsi ilə başa çatıb - 14:0. Tura "U-19" - "Rekord Klub" matçı ilə yekun vurulub. Turun son matçında eyni nəticə qeydə alınıb. Qələbəyə sevinən isə "Rekord" olub - 14:0.
İNTİQAM Məmmədov