Rusiya Yaponiya konsulunu “casusluq” ittihamı ilə həbs edib

Rusiya Yaponiya konsulunu “casusluq” ittihamı ilə həbs edib

Rusiya kəşfiyyatı Yaponiyanın Vladivostok konsulu Motoki Tatsunorinin "pul qarşılığında məlumat verdiyi" səbəbi ilə nəzarətə alındığını açıqlayıb.

7NEWS.az xəbər verir ki, Yaponiyanın Vladivostokdakı konsulu Motoki Tatsunori pul müqabilində Rusiyanın Asiya-Sakit Okean ölkəsi ilə əməkdaşlığı və Qərbin sanksiyalar siyasətinin Primorsk bölgəsindəki iqtisadi vəziyyətə təsiri barədə məhdud məlumat verərkən saxlanıldığı bildirilib.