Britaniyada kral III Çarlzın əks olunduğu yeni əskinaslar təqdim olunacaq

Britaniyada kral III Çarlzın əks olunduğu yeni əskinaslar təqdim olunacaq

Böyük Britaniyada kral III Çarlzın əks olunduğu yeni funt sterlinq əskinasları bu ilin sonuna kimi təqdim olunacaq.

Trend-in məlumatına görə, bu barədə İngiltərə Bankının açıqlamasında deyilir.

Yeni pulların dövriyyəyə 2024-cü ilin ortalarında daxil olacağı proqnozlaşdırılır. Eyni zamanda mərhum kraliça II Elizabetin əks olunduğu əskinaslar da qüvvədə qalmaqda davam edəcək.

Xatırladaq ki, II Elizabet 70 illik hakimiyyətdən sonra sentyabrln 8-də 96 yaşında vəfat edib.