Müasir Müsavat Partiyasından Anım Günü bəyanatı

Müasir Müsavat Partiyasından Anım Günü bəyanatı

Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edirdi...

Bəyanatda deyilir:

1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirildi. Həmçinin 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrildi. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi başladı. Bu cəhd də on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

Ermənistan 1988-1994-cü illər ərzində xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etdilər. İşğal zamanı da yaşayış məntəqələri dağıdıb, dinc əhalini amansızcasına qətlə yetirildilər. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir.

Bütün bu qətliamlarla yanaşı bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur oldu. Eyni zamanda erməni siyasətçiləri xalqımıza qarşı aşağılayacı və təxribatçı bəyanatlar verirdilər. Amma Ermənistanın işğalçılığı uzun sürsə də, heç nə qazana bilmədilər. Çünki 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan ordusu onlara öz yerlərini göstərdi. 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa edildi.

Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Şəhidlərimizin canı, qazilərimizin qanı bahasına alınan torpaqlarımız əzəli və əbədi olaraq da bizim olacaq!