Viruslar insanları daim izləyir - Hücum üçün vaxt gözləyirlər

Viruslar insanları daim izləyir - Hücum üçün vaxt gözləyirlər

Alimlər virusların canlı varlıq olduğunu və daim insanları izlədiyini sübut edib.

Onların ətraf mühiti izləmək qabiliyyəti var.

Viruslar nə vaxt yoluxacaqlarını, orqanizmdə nə qədər sakit qalmaq və nə vaxt xaricə çıxmaq seçimini edə bilir.

Alimlər onların çox güclü müşahidə bacarığının olmasına təəccüb ediblər.

Onlar müstəqil olaraq qərar qəbul edirlər: orqanizmdə gizlənib yuxuya getsin, ya aktivləşib əlamətlər versin, ya da böyüsün.

İnsan hüceyrəsinə keçmək üçün onlar ətraf mühitdən informasiya alıb, özlərinə uyğun təhlil edirlər.

Ona görə viruslara qarşı mübarizə, peyvənd və dərman tapmaq çətindir.

Daşıyıcı ilə virus arasında çox zehni, ağıllı bir əlaqə var.

Alimlər hesab edir ki, hazırda viruslar öz mənafeləri üçün istənilən mövqeni seçib, insanı belə aldada bilir.

Alimlər onların bu xüsusiyyətinə qarşı mübarizə metodu tapmağı düşünür.

Gələcəkdə bu xassəni onların əksinə çevirmək olar.

Yeni elmi tədqiqatda bakterofaqlardan istifadə olunub. Məlum olub ki, bakterofaqlar sahib olduqları orqanizmdə hüceyrələrin aktivliyini izləyə bilir.