Vergidən yayınan baş məşqçiyə cəza - FOTO

Vergidən yayınan baş məşqçiyə cəza - FOTO

“Betis”in baş məşqçisi Manuel Pelleqrini cəzalanıb.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, mütəxəssis 385 min avro ödəməli olacaq.

Buna səbəb Pelleqrininin vergilərdən bilərək yayınmasıdır. 69 yaşlı çalışdırıcı 2020-ci ilin avqustundan indiki klubuna rəhbərlik edir.

Qeyd edək ki, “Betis” La Liqanın 6 turundan sonra 15 xalla 3-cü pillədə qərarlaşıb.