“Partladmayıbsa...onda niyə təşəkkür edirsən?”

“Partladmayıbsa...onda niyə təşəkkür edirsən?”

Polşanın keçmiş xarici işlər naziri Radoslav Sikorski “Şimal axını” qaz kəmərində baş verən partlayışları şərh edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə o, öz “Twitter” səhifəsində yazıb.

“Az olsun, amma yaxşı olsun”... yox, bunu Lenin deyib, Radoslav Sikorskinin dediyi başqadır: “Xırda, amma gözəl”.

Maraqlıdır, görən nəyə eyham vurur?

Təbii ki, ruslar bunu göydə tutublar.

Nəyə görə, bunu deyən polşalı sabiq ABŞ-a da təşəkkür etməlidir? Məlum, belə ki, təşəkkürdən sonra Sikorski ABŞ prezidenti Cozef Baydenin “Şimal axını” boru kəmərini məhv etməklə hədələyən sitatını dərc edib.

Qeyd edək ki, “Şimal axını”ndakı sızma sahəsində iki yeraltı partlayışın qeydə alınması faktını İsveçin “svt.se” nəşri artıq faş edib.

Təbii ki, bu da kəmərin partladıldığına ruslarda heç bir şübhə yeri qoymur. Maraqlıdır ki, isveçli seysmoloq Byorn Lundun da kəmərin partlada bilməsinə eyham vurması da, ruslara, özləri demiş əlavə “povod” verib.

Yeri gəlmişkən, daha sonra İsveçin Uppsala Universitetinin seysmoloqları partlayışların gücünün 100 kiloqram trotildən çox olduğunu hesablayıb yaymaqla,..deyirəm, sərçəni lap gözündən vurmuş olublar.

Ağasəf Babayev