Britaniya bu azərbaycanlılara sanksiya tətbiq etdi

Britaniya bu azərbaycanlılara sanksiya tətbiq etdi

Böyük Britaniya Rusiyanın tanınmış iş adamlarına qarşı sanksiya siyahısını genişləndirib.

Xeberoxu.Az xəbər verir ki, Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, siyahıda əslən Azərbaycandan olan tanınmışlar da var. Onlar “Kiyevskaya Ploşad” şirkətinin təsisçisi Qod Nisanov, Ural Mədən-Metallurgiya şirkətinin təsisçisi İsgəndər Mahmudovdur. Bundan başqa, siyahıya “Areti” şirkətlər qrupunun rəhbəri İqor Makarov da düşüb.

Qod Nisanov

Bank sektorundan “Sberbank”, “Qazprombank” və “Sovcombank”ın top menecerləri Britaniya sanksiyaları altına düşüb. Onların arasında “Sberbank”ın idarə heyətinin sədr müavinləri Olqa Qolodets və Stanislav Kuznetsov, ötən həftə vəzifəsini tərk edən müşahidə şurasının üzvü, Kurçatov İnstitutunun prezidenti Mixail Kovalçuk, idarə heyətinin keçmiş sədr müavini Bella Zlatkis, “Qazprombank” İdarə Heyətinin sədr müavini Famil Sadıqov

Famil Sadıqov

və İlya Yeliseyev, “Sovcombank”ın İdarə Heyətinin üzvləri İlya Brodski, Anatoli Braverman, Aleksey Fisun, Dmitri və Sergey Xotimski də var.