Partiya sədrindən "dollar" analizi

Partiya sədrindən "dollar" analizi

Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek Rusiya Federasiyası Moskva hökumətinin xarici və beynəlxalq əlaqələr naziri Sergey Çeryomin şərəfinə şam yeməyi verib. Doğu Perinçek və Sergey Ceryomin ilə yanaşı, iş adamı Ünal Aysal, iş adamı Ethem Sancak, rusiya rəsmiləri və qonaqlar özəl bir oteldə keçirilən proqramda iştirak ediblər.

Yeməkdən əvvəl çıxış edən Doğu Perinçek, "Biz rus və türk millətləri olaraq inqilabi həlli çətinliklərdə gördük və böyük çətinliklərdən hərəkətlə çıxdıq. Coğrafiyalarımız bənzərsizdir, biz iki Asiyada da torpaqları olan iki ölkəyik. Bizdə cəsarətli olmaq üçün hər şey var və şərait əlverişlidir. Dolların hökmranlığı çökür. Zənglər dünyaya xərac verən ABŞ iqtisadiyyatı üçün çalınır. Atlantik sistemin ağası hər yerdə məğlub olur. İndi ABŞ-ın silahlı təcavüzünü balanslaşdıran silahlı qüvvələrimiz var. Sanksiyalar, embarqolar və silahlara əl atmaqla Asiya sivilizasiyasının yüksəlişini dayandırmaq cəhdləri əbəsdir”.

Doğu Perinçek, "Rusiya və İrana qarşı sanksiyalar Türkiyəyə sanksiyadır. Bu sanksiyaları tanımaq təslim olmaqdan başqa bir şey demək deyil. Türkiyənin vətənpərvərləri olaraq ABŞ-ın sanksiyalarına etiraz etməkdən çəkinmirik. "Dəmirdən qorxanlar qatara minməsin"-deyib.