Hikmət Hacıyev Amerikada Azərbaycan-ABŞ tərəfdaşlığı ilə bağlı müzakirələr aparıb

Hikmət Hacıyev Amerikada Azərbaycan-ABŞ tərəfdaşlığı ilə bağlı müzakirələr aparıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İrs Fondunda ABŞ-ın tanınmış beyin mərkəzlərinin nümayəndələri ilə görüş keçirib.

Bu barədə "Report"a Azərbaycanın ABŞ-dakı Səfirliyindən bildirilib.

Görüşdə Azərbaycan-ABŞ tərəfdaşlığı, Ermənistanla davam edən sülh danışıqları, o cümlədən regional və qlobal məsələlər müzakirə olunub.