İsveç polisi kəmərlə bağlı araşdırmaya başlayıb

İsveç polisi kəmərlə bağlı araşdırmaya başlayıb

Latviyanın müdafiə naziri Artis Pabriks “Şimal axını” qaz kəmərində fövqəladə vəziyyəti təxribat adlandırıb və Avropa İttifaqı və NATO-nu kritik infrastrukturu araşdırıb qorumağa çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “RİA Novosti” yayıb.

Beləliklə, “təxribatın NATO ərazisinin bilavasitə yaxınlığında baş verdiyini deyən latviyalı nazirin sözlərinə görə, belə bir məqamda Avropa İttifaqı və NATO müttəfiqləri arasında sıx əməkdaşlıq vacibdir.

Xatırladaq ki, bazar ertəsi, sentyabrın 26-na keçən gecə “Şimal axını 2” qaz kəmərində təzyiq aşağı düşüb. Azalma Bornholm adasının cənub-şərqində, Danimarkanın eksklüziv iqtisadi zonasında “A” borusunda qeydə alınıb.

Verilən məlumata görə, həmin gün “Şimal axını”nın hər iki xəttində təzyiq azalıb. Bu arada İsveç seysmoloqları ərazidə iki partlayışın qeydə alındığını bildiriblər.

Qeyd edək ki, hazırda İsveç polisi mümkün təxribatla bağlı ilkin araşdırmaya başlayıb.

Ağasəf Babayev