II Yelizavetanın sevimli filminin adı AÇIQLANDI

II Yelizavetanın sevimli filminin adı AÇIQLANDI

Böyük Britaniya kraliçası mərhum II Yelizavetanın ən sevdiyi filmin adı məlum olub.

Xeberoxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, II Yelizaveta 1980-ci ildə ekranlara çıxan fantastik döyüş filmi "Flash Gordon"a baxmağı çox sevirdi. Filmin mövzusu yer kürəsini məhv etməyə çalışan Monqo planetinin diktatorundan bəhs edir. Amerikalı futbolçu Fləş Qordon və sevgilisi Arden onu dayandırmağa çalışır.

Qeyd edək ki, kraliça II Yelizaveta bu ilin sentyabr ayında 96 yaşında dünyasını dəyişib.