"Rusiya prezidenti ilə danışacaq heç nə olmayacaq"

"Rusiya prezidenti ilə danışacaq heç nə olmayacaq"

Zaporojya, Xerson, Donetsk və Luqanskda keçirilən qondarma referendum başa çatıb və ilk qiymətləndirməni Ukrayna prezidenti Zelenski verib. SİA xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında “Ukraynada sülh və təhlükəsizlik” mövzusunda keçirilən iclasda onlayn iştirak edib. Rusiyanın Ukrayna ərazisində Zaporojya, Xerson, Donetsk və Luqanskda təşkil etdiyi qondarma referendumlara toxunan Zelenski referendumları Krımın ilhaqına bənzədib və deyib: “Rusiya saxta referendumları normal görür, Ukrayna torpaqlarını Krımla birləşdirir. Bunu etmək cəhdi o deməkdir ki, Rusiya prezidenti ilə danışacaq heç nə olmayacaq. İlhaq onu bütün bəşəriyyətə qarşı çıxaran hərəkatdır. İndi dünyanın hər bir ölkəsindən belə bir mesaja ehtiyac var".

Axşam saatlarında səsvermə prosesi başa çatdıqdan sonra bütün bölgələrdə səslərin hesablanmasına başlanarkən, səslərin 100 faizinin hesablandığı Luqansk vilayətində əhalinin 98,42 faizi, Xersonda əhalinin 87,5 faizi, Zaporojyada xalqın isə 93,11 faizi səs verib. 3 bölgədə qeyri-müəyyən nəticələrə görə, Rusiyaya birləşmə qərarı verilərkən, Donetsk vilayətində səslərin 56,85 faizinin hesablanması tamamlanıb. Donetskdə hesablanan səslərdə indiyədək əhalinin 94,75 faizinin Rusiyada iştiraka “hə” dediyi bildirilib. Digər 3 regionda olduğu kimi Donetskdə də eyni nəticə gözlənilir.